Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Fındıqlı Peçenyə Resepti, Fındıqlı Peçenyə Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Fındıqlı Peçenyə

Son yenilənmə tarixi 18/08/2023 by Leyla Xanım

findiqlipecenyem

reklam



Ərzaqlar:

1  paket  marqarin
2 s. st. şəkər
1 ç. st. duru yağ
2 yumurta (bir yumurtanın  ağını ayır)
1 ç. st. fındıq(ezilmiş)
1 paket qabartma tozu
yarım paket vanil
Aldığı qədər un


Hazırlanması:

Duru yağ  ilə marqarin  əl mikseri ilə qarışdırılır. İçinə şəkər və yumurta  əlavə edib təkrar qarışdırılır. Darçın, un, qabartma tozu və vanil tökərək ələ yapışmayana qədər  yoğurun.Şəkildə gördüyünüz kimi yumru şəkil verərək əvvəlcə yumurtanın  ağına  sonra da ezilmiş fındıq qırıntılarına  batıraraq   yağlanmış  və ya  yağlı kağız sərilmiş duxovkanın listinə aralıqlı bir şəkildə düzün. 170 dərəcədə 30-35 dəqiqə bişirin.NUŞ OLSUN.

Reseptler.com

QEYD:Mən marqarini çox sevmədiyim üçün təxminən 100 qram qatdım.Ama yene çox gözel,  dadlı oldu.Unu az olmasın yoxsa istediyin nəticə alınmaz.Zövqə görə içinə də fındıq qata bilərsən.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

10 Yorum

  1. Royale dedi ki:

    twkler yazdim resepti bisirecem

  2. zenfira dedi ki:

    ela.chox beyendim

  3. gulya dedi ki:

    Marqari nedir?)))

  4. Gülnar dedi ki:

    2 s.st 2stekan demekdirse bes 1c.st. nedir? Onlari izah edin de mene?

  5. meryem dedi ki:

    bu miqdardan nece peceniye cixir birde 100qram kere istifade etmek olar

  6. Cəmilə dedi ki:

    Dadlı idi .çox sağ olun???

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani