Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Düyülü Qatıq Şorbası Resepti, Düyülü Qatıq Şorbası Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Düyülü Qatıq Şorbası

Son yenilənmə tarixi 05/11/2023 by Leyla Xanım

duyuluqatiqsorbasi

reklam



Ərzaqlar:

3 x/q. qatıq
3 x/q. un
1 yumurta sarısı
1 çay stəkanı yumru düyü
duz,
1 litr su
Üzəri üçün:
2 x/q. duru yağ
nanə


Hazırlanması:

Yuyub süzdüyünüz düyünü suda bişirin.Düyü bişərkən siz də ayrı bir qabda qatıq, un və yumurtanı qarışdırın.Bişən düyünü süzüb bu qarışıma qatın.Üzərinə ilıq su və duzunu əlavə edib ocağın üzərində təxminən 10 -15 dəqiqə qaynayıb normal qatılığa çatana qədər bişirin.
Duru yağı qızdırıb üzərinə nanəni tökün və ocaqdan alıb şorbanın üzərinə tökün. Nuş Olsun!

QEYD: Suyu ilıq tökün çünki, isti olarsa qatıq çürüyər. Zövqə görə toyuq ətini (budunu, döş ətini) qaynadıb həm suyunu həmdə ətini didikləyib şorbanıza tökə bilrsiniz,çox dadlı olur.İstərsəniz hazır toyuq və ya ət bulyon da istifadə edə bilərsiniz.Axşamdan qalan plovunuzun düyüsündən də istifadə edə bilərsiniz.Süfrəyə limon suyu da verin.
Hazır şorbaya zövqə görə istəyən limon suyuda sıxa bilər.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani