Son yenilənmə tarixi 10/11/2023 by Leyla Xanım
Ərzaqlar:
1 paket (250qr.) marqarin
0,5 ç.st. duru yağ
2 -3 x,/q. şəkər pudrası( şəkər unu)
1 ç.st. fındıq ləpəsi (əzilmiş)
0,5 paket qabartma tozu
1 paket vanilya
3,5 s.st. un (aldığı qədər)
Üzəri üçün:
Darçın və şəkər pudrasının qarışımı
Hazırlanması:
Bütün ərzaqların hamısı birlikdə qarışdırılır və xəmir yoğrulub hazırlanır.Xəmirdən xırda qoz boyda kündələr düzəldib istediyin şəkil də hazırlaya bilərsən.Duxovkanın listinə yağlı kağız qoyub hazırlayıb şəkil verdiyin qurabiyələri sıra ilə düzün. 160 dərəcədə üzəri qızarana qədər təxminən 15 – 20 dəqiqə bişirin. Bişmiş hazır qurabiyələri darçınlı və şəkər pudrası qarışımına batırıb nimçələrə düzün. NUŞ OLSUN!
Darçınlı Qurabiyə
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!
eladi