Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Çoban Qovurması Resepti, Çoban Qovurması Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Çoban Qovurması

Son yenilənmə tarixi 15/01/2024 by Leyla Xanım

cobanqovurmasi

reklam



Ərzaqlar:

500 qram doğranmış quzu və ya dana əti
1/2 xörək qaşığı zeytun yağı
2 pomidor
3 bolqar bibəri
Duz
Qırmızı bibər
1 diş sarımsaq
4 lavaş
Sirkə
Kəklikotu


Hazırlanması:

Pomidorların hər birini dörd, bibərləri iki yerə doğrayıb təmizləyin, sonra dilimləyin. Sarımsağı soyub incə şəkildə doğrayın.
Əti zeytun yağı, sirkə, bibərlə qarışdırın, qazana qoyub 30 dəqiqə soyuducuda saxlayın.
Sobanın tavasına yağ sürtün, 2 dəqiqə sonra ətləri düzün və 10 dəqiqə bişirin. Sonra pomidor, bibər, kəklikotu və sarımsağı əlavə edərək bişirməyə davam edin, 7 dəqiqə gözləyin.
Ətə duz vurandan sonra daha 3 dəqiqə bişirin.
Çoban qovurmasını lavaşın içinə qoyub süfrəyə verin.

http://www.milli.az/news/kilinariya/59790.html


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani