Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Çiyələk Souslu Pudinq Resepti, Çiyələk Souslu Pudinq Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Çiyələk Souslu Pudinq

Son yenilənmə tarixi 21/12/2023 by Leyla Xanım

ciyeleksouslupudinq

reklam



Ərzaqlar:

12 ədəd kakaolu peçenyə

Pudinqi üçün:
4 su st. süd
2 x/q. nişasta(kraxmal)
2 x/q. un
4 x/q. şəkər tozu
1 yumurta
1 paket vanilya
2 x/q. kakos

Çiyələk sousu üçün:
300qr.çiyələk(təmizləyib püre halına gətir)
4 x/q.şəkər tozu
1 x/q. nişasta


Hazırlanması:

Hər stəkanın dibinə 2 peçenyəni əzib qoy. Pudinqini hazırlamaq üçün:
Südü, şəkər tozunu və yumurtanı qazana qoyub çal. Üzərinə nişastanı, unu və kakosu da əlavə edib qarışdıraraq qaynayana qədər bişirin. Qaynadığında vanilyanı da əlavə edib qarışdırın.Hazır olan bu pudinqi isti stəkanlardakı peçenyələrin üzərinə tökün.
Çiyələk sousunu hazırlamaq üçün:
Çiyələk püresini, şəkər tozunu və nişastanı qarışdıraraq bişirin. Bu sousu da pudinqinizin üzərinə əlavə edin. Zövqə görə üzərini xama və ya krem şanti ilə, doğranmış çiyələk və yarpağı ilə bəzəyə bilərsiniz.
NUŞ OLSUN.

QEYD: Mən stəkanlarda hazırladım. Zövqə görə istədiyiniz qablarda hazırlaya bilərsiniz.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha] [bws_google_captcha]

0 Trackbacks

Azerbaijani