Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Buxarda Xəngəl Resepti, Buxarda Xəngəl Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Buxarda Xəngəl

Son yenilənmə tarixi 01/08/2023 by Leyla Xanım

buxardaxengel

reklam



Ərzaqlar:

Xəmiri üçün:
1 yumurta
3 su st.un
duz
su

İçi üçün:
300 qr. qiymə
2 ədəd soğan
2 ədəd kartof
duz,istiot

buxardaxengel3


Hazırlanması:

Xəmiri yoğurun. Xəngəlin içini hazırlamaq üçün çox böyük olmayan orta böyüklükdə soğan və kartofları xırda-xırda doğrayıb duzunu,istiotunu töküb hazırlayın. Xəmiri 3 kündəyə bölün. Yuxaları nazik bir şəkildə açaraq hazırladığınız qiyməli qarışımı içinə yayın.Rulet kimi bükün. 2 uclarını kəsin. Qaynayan su dolu qazanın üstünə aşsüzəni qoyun. Yağlayın. Yağlanmış aşsüzənin üstünə qoyun .Rulet kimi bükdüyünüz xəngəli də kərəyağı ilə yağlayın. Ağzını qapaqla örtərək təxminən 30 dəqiqə bişəcək.
Xənglin içindəki kartof bişdiyini yoxlayın.Bişmişsə rulet xəngəliniz də bişmiş deməkdir.
Bu xəngəl qurut və kərəyağı ilə süfrəyə verilir. NUŞ OLSUN.

QEYD: qurut yoxsa duzlanmış süzmə qatıq da istifadə edə bilərsiniz. Buxarda bişirmək üçün xüsusi qazanlar var.

buxardaxengel2

– CahideJibek.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani