Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Blinçik (Qəlyanaltı) Resepti Resepti, Blinçik (Qəlyanaltı) Resepti Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar


Resept Axtar:

Blinçik (Qəlyanaltı) Resepti

Son yenilənmə tarixi 06/10/2023 by Leyla Xanım

moruqlu-blincik

reklam



Ərzaqlar:

2 əd. yumurta

2 st. biraz az un

1 st. su

1 st. süd

1 çay qaşığı duz

Pişirmək üçün marqarin


Hazırlanması:

Un süd və suyu yaxşıca qarışdırın. Yumurtaları əlavə edin çırpın. Keks xəmirindən biraz daha sıyıq xəmir əldə edin. Teflon (dibi yapışmayan) tavaya bir qaşıq marqarin tökün hazırladığınız xəmirdən bir çömçə tavaya töküb yayın. Hər iki üzünü eyni şəkildə qızardaraq bişirin. Bir neçe dəfə bişirdiktən sonra əliniz öyrəşəcəkdir. Çünki xəmiri tökdükdən sonra tavanı əlinizdə sallayaraq xəmiri hər tərəfə yayın.

Qeyd : Bu blinçikin içinə zövqə görə istədiyiniz ərqazları qoyabilərsiniz. Ağ pendir, tvoroq, şokolad, mürəbbə, holland pendiri, çəkilmiş qovrulmuş ət. əgər şokoladlı ya da mürəbbəli blinçik sevirsinizsə duz qoymayadabilərsiniz.

Nuş olsun.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların (reseptlər, şəkillər...) başqa saytlarda istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!


Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani