Son yenilənmə tarixi 22/12/2023 by Leyla Xanım
Ərzaqlar:
1 paket makaron
250 qr. ağ pendir
250 qr. holland pendiri
2 x/q. duru yağ
duz,istiot
Hazırlanması:
Pendirləri sürtgəcdən keçirin.
Qaynayan suya duz,duru yağ və makaronları töküb 8 dəqiqə bişir.
Bişmiş makaronları süz.
Makaron bişənə qədər siz də sousu hazırlayın.
Beşamel sousun hazırlanması:
2 x/q.kərəyağ və 2 x/q.duru yağı qazanda əridib üzərinə 2 x/q. unu əlavə edərək qovur.Qoxusu çıxan unun üzərinə 300 qram südü əlavə edib çırpıcı ilə qarışdıra qarışdıra bişir.Topaklar olsa mikserlə çırpa bilərsən.
Qaynamaya başladıqdan 2 dəqiqə sonra sous hazırdır.
Süzülmüş makaronları dərin bir qaba alıb üzərinə hazırladığın beşamel sousu,ağ pendiri töküb qarışdırın.
Yağlanmış duxovka qabına boşaldıb üzərinə holland pendirini yay.200 dərəcədə altı üstü qızarana qədər bişir.NUŞ OLSUN.
QEYD: Ağ pendir duzlu ola bilər. Diqqətli ol!
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!