Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Barmaq Kababı Resepti, Barmaq Kababı Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Barmaq Kababı

Son yenilənmə tarixi 24/08/2023 by Leyla Xanım

parmaqkababi

reklam



Ərzaqlar:

500  qr. xırda doğranmış ət(kvadrat şəklində)
3 ədəd badımcan
2 ədəd yaşıl bibər
2 ədəd pomidor
1 ədəd quru soğan
4 diş sarımsaq
1 x./q.tomat
duz , qarabibər

Qızartmaq üçün:
duru yağ


Hazırlanması:

Bu resept bir az zəhmətli dir. Ama çox  ləzzətli və fərqli bir ət yeməyi  olduğu üçün Reseptler.com. da olsun istədim.Xırda  doğranmış ətlərimizi isti tavaya qoyub vam odda  suyunu çəkənə qədər qovurun.Suyunu çəkdikdən sonra içinə duru yağı əlavə edin və əti bir neçə dəqiqə qovurduqdan sonra xırda doğranmış soğan və sarımsaqları əlavə edib  qovurun.Tomatı və baharatları əlavə edib üstünə çıxana qədər  isti su  töküb yarım saat  bişirin.Biz də ətlər bişərkən  tərəvəzlərimizi hazırlayalım.Badımcanları , bibərləri, pomidorları barmaq şəklində üzunsov doğrayıb bir az qızardın. doxovkaya  qoymaq üçün bir qabın içinə əvvəlcə badımcanları düzüb üstünə suyuyla birlikdə  ətimizi töküb üstünə bibərləri  sonra da pomidorları düzüb  200 dərəcədə duxovkada  yarım saat bişirin.NUŞ OLSUN.

QEYD:Zövqə görə  yanına plov, makaron da süzə bilərsiniz. Zəhmətli dedim, ama əslində  hər  kəs  asanlıqla hazırlaya bilər,çox da qorxmayın:)

Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani