Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Bananlı Rulet Tortu Resepti, Bananlı Rulet Tortu Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Bananlı Rulet Tortu

Son yenilənmə tarixi 03/11/2023 by Leyla Xanım

bananlırulettort

reklam



Ərzaqlar:

Keks üçün:
6 x/q şəkər tozu
5 yumurta
6x/q un
1 ədəd limonun qabığı
1 paket qabartma tozu
2 banan
Krem üçün:
1 litr süd
1 su st.un
1 su st. şəkər
1paket vanilya
1 x/q kərəyağı

Üzəri üçün:

kokos, əzilmiş qoz ləpəsi


Hazırlanması:

Keksi hazırlamaq üçün 5 yumurtanın sarısını ayıraq və şəkər tozunu əlavə edərək mikserlə çalaq. Ağaranadək çaldıqdan sonra üzərinə unu,qabartma tozunu əlavə edərək taxta qaşıqla qarışdıralım. Ayrı b ir qabda 4 yumurtanın ağını ağaranadək  mikserlə çalalım.(qabı ters çevirdikdə düşmürsə  olmuşdur deməkdir) Bunu da xəmirə əlavə edərək taxta qaşıqla  yavaşca qarışdıralım. Qarışımı yağlı kağız sərilmiş bir duxovka sinisini yayalım. 170 dərəcədəkeksin üzəri qızarana qədər bişirin.(keks tez bişir ona görədə diqqətli olun)Keks bişdikdən sonra kağızla birlikdə rulet kimi bükək və üstünə yaş bir dəsmal yayaraq keksimizi soyudaq. Biz isə kremimizi hazırlayaq. Unu,şəkəri vəsüdü bir qazana töküb qarışdıraraq bişirək.Bir az qatılaşmaya başladığında 1 paket vanilya və kərəyağını əlavə edib qarışdıraq. 2 dəqiqə sonra ocaqdan alıb soyudaq.Ruleti açıb içinə soyumuş kremdən sürərək  ortasına  uzunlamasına 1,5 ve ya 2 banan qoyaraq keksi rulet kimi bükək. Bükdükdən sonra qalan kremi üstünə sürərək kokosla  və qozla bəzəyinSoyuducuda 2- 3 saat saxladıqdan sonra süfrəyə verə bilərsiniz. Nuş olsun.
Qeyd : Üzərini istədiyiniz kimi bəzəyəbilərsiniz.

Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani