Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Bananlı-Qozlu Keks Resepti, Bananlı-Qozlu Keks Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Bananlı-Qozlu Keks

Son yenilənmə tarixi 09/09/2023 by Leyla Xanım

bananlikeks

reklam



Ərzaqlar:

Darçınlı Qozlu İç Üçün:
3/4 stəkan doğranmış qoz
1 xörək qaşığı şəkər tozu
3/4 çay qaşığı darçın

Keks Qarışığı Üçün:
2 stəkan (300 qram) un
1 çay qaşığı qabartma tozu
Yarım çay qaşığı duz
1 çay qaşığı darçın
1/4 çay qaşığı zəncəfil tozu
1/8 çay qaşığı mixək tozu
115 qram kərə yağı(əridib soyudun)
1 stəkan şəkər tozu
2 ədəd iri yumurta
2 yetişmiş banan (püre kimi)
1 çay qaşığı vanil
3/4 stəkan doğranmış qoz ləpəsi


Hazırlanması:

Sobanı 175C-dək qızdırın. Keks formasının dibini və kənarlarını azacıq yağlayın. Üstünə un səpin. Kənara qoyun.
Darçınlı-qozlu içi hazırlayın: Bunun üçün qoz, şəkər və darçını bir kasada qarışdırın. Kənara qoyun.
Keks qarışığını hazırlayın: İri qabda un, qabartma tozu, duz, darçın, yel cevizi, zəncəfil və mixəyi qarışdırın. Ayrı qabda əridilmiş yağı, şəkər tozu, yumurta, əzilmiş banan və vanil ekstraktını qarışdırın (mikser gərəkmir). Bu qarışığı unlu qarışığa əlavə edin. Buraya qozu da əlavə edib, qarışdırın. Hazır kütlədə un lopaları qalmamalıdır.

İndi isə alınan kütlənin yarısından bir az çoxunu hazırladığınız keks formasına yayın. Ortasında təxminən 3 mm dərinlikdə “səngər ” açın. Hazırladığınız darçınlı-qozlu içi buraya yayın. Geri qalan bananlı keks qarışığını için üstünə töküb yayın. Nazik bıçaqla keksi 5-6 dəfə yüngülvari qarışdırın ki, qozlu iç keksə yeridilsin. Diqqət! Bu zaman bıçaq keksin kənarları və dibinə dəyməməlidir!

Keksi 55 dəqiqə ərzində, və yaxud şişənə kimi bişirin. Hazır keksin ortasına kibrit batırıb çıxartdığınızda, kibrit təmiz və üstündə bir neçə nəm qırıntı olaraq çıxmalıdır. Keksi formada 5-6 dəqiqə soyudun, sonra isə tamamilə soyuması üçün formadan çıxardın. Keksin yumuşaq olması və dadların bir-birini daha yaxşı tutması üçün, onu iri mətbəx streçinə bükün və 3 saatlıq kənara qoyun. Dilimləyib süfrəyə verin.

(Bir ədəd ölçüsü 22 cm x 12 sm olan keks (kərpic forması) üçün)

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani