Son yenilənmə tarixi 06/10/2023 by Leyla Xanım
Ərzaqlar:
400 q kəsmik (və ya yumşaq pendir)
2 yumurta
2-3 x.q. şəkər tozu
5 x.q. un
0,5 ç.q. soda
2 banan
qızartmaq üçün yağ
Hazırlanması:
Kəsmik, un, yumurta, şəkər tozu və sodadan yoğurun.
Xəmiri iki yerə bölün. Hər birinin içinə təmizlənmiş banan qoyun. Bükün.
Alınan ruleti iti bıçaqla doğrayın.
Hər rulet dilimini una batırıb bitki yağında o üz-bu üz qızardın.
Süfrəyə xama və ya qaymaqla verə bilərsiniz.
Milli.az
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!