Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные “Banan” Pirojnası Resepti, “Banan” Pirojnası Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



“Banan” Pirojnası

Son yenilənmə tarixi 15/09/2023 by Leyla Xanım

bananpirojnasi

reklam



Ərzaqlar:

20 pirojna üçün

Xəmir üçün:
1 stəkan xama
çay sodası (çay qaşığının 1/4 ‘i)
200 qram kərə yağı – əridib soyudun
2 stəkan əla növ ağ un

İçi üçün:
2 stəkan kəsmik
1 stəkan şəkər
yarım stəkan un
bir çimdik vanil

Üstü üçün – şəkər kirşanı (pudrası)


Hazırlanması:

Əvvəlcə xəmiri düzəldin. Bunun üçün bir qabda sodanı xamada qabardın. Üstünə yağ və unu əlavə edib xəmir yoğurun. Xəmir zərif olmalı və çox bərk olmalalıdır. Xəmiri kündələyib 2 saat ərsində soyuducuda saxlayın.

İçi hazırlayın. Bunun üçün bir qabda kəsmik, şəkər, un və vanili qarışdırın. Alınan kütləni 1 saat ərzində soyuducuda saxlayın. Diqqət – əgər kəsmik çox suludursa, onu tənzifə qoyub suyunu süzün. Əks halda iç sulu olacaq.

Sobanı 190C-dək qızdırın.

Xəmiri qozdan bir qədər böyük parçalara ayırıb kündələyin. Hər kündəni oxlovla diyametri 5 santimetrə olan dairələr şəklində açın. Dairənin bir tərəfinə təxminən bir xörək qaşığı içdən qoyub dairəni şəkildə gördüyünüz kimi bükün. Sonra pirojnalara banan şəkli verib tikişləri aşağıda olmaq şərtilə listə aralı-aralı düzün.

Təxminən 20-25 dəqiqə bişirin. Hazır pirojnaların altı bir qədər qızarmış olmalı, üstü isə ağ qalmalıdır. Pirojnalar tamamilə soyuduqdan sonra üstlərinə şəkər kirşanı ələyin.  Nuş Olsun!

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani