Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Bakı Paxlavası Resepti, Bakı Paxlavası Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Bakı Paxlavası

Son yenilənmə tarixi 10/08/2023 by Leyla Xanım

bakipaxlavasi

reklam



Ərzaqlar:

Əla buğda unu – 240q
Ərinmiş yağ – 60q
Üzlü süd – 80q
Yumurta – 1 ədət
Maya – 8q
Təmizlənmiş badam və ya qoz ləpəsi – 200q
Şəkər – 200q
Zəfəran – 0,4q
Vanilin – 0,2q
Bal – 20q


Hazırlanması:

Xəmirin yoğrulması və için hazırlanması şəkərburada olduğu kimidir. Xəmir 0,5mm qalınlığında yayılır. Tavanın dibinə yağ sürtülür və xəmir qatı sərilib üstünə 3-04 mm qalınlığında iç tökülür. İçliyin üstünə ikinci xəmir qatı salınır, yağ sürtülüb yenidən içlik tökülür və bu qayda 8-10 qata qədər davam etdirilir. Sonra paxlava 10×4 sm ölçüdə romb şəklində kəsilir, üst qatına zəfəran şirəsi qatılmış yumurta sarısı çəkilir. Hər paxlavanın ortasına yarım ləpə və ya püstə qoyulur. Paxlavanı 180-200 S-də 35-40 dəqiqə bişirilir. Üzü biraz qızardıqdan sonra 100-150qr əridilmiş yağ tökürük. Təkrar sobaya qoyuruq. Hazır olmağa 15 dəq. qalmış üstünə şərbət və yaxud bal tökülür.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. zarifa dedi ki:

    Ela.twk edirem

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani