Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные “Bağ” Şorbası Resepti, “Bağ” Şorbası Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



“Bağ” Şorbası

Son yenilənmə tarixi 21/08/2023 by Leyla Xanım

bagsorbasi

reklam



Ərzaqlar:

8-10 pay üçün

2 xörək qaşığı zeytun yağı
1  diş sarımsaq  – xırda-xırda doğrayın
1  ədəd qırmızı baş soğan – xırda-xırda doğrayın
2  ədəd yerkökü –  xırda-xırda doğrayın
2 kərəviz sapı –  xırda-xırda doğrayın
1    ədəd kabaçok –  xırda-xırda doğrayın
1  ədəd balaca pırasa –   yuyun və  xırda-xırda doğrayın
Yarım çay qaşığı quru oreqano otu (və ya mərzə) – zəruri deyil
1   ədəd dəfnə yarpağı
2 ədəd 400-qramlıq konservləşmiş doğranmış pomidoş (banka deyil, konservdəkindən)
1  ədəd orta boy kartof – kubiklər şəklində kəsin
1  stəkan gülkələmin “gülləri”
1 ədəd 400-qramlır konservləşmiş ağ lobya – süzün (konser yoxrursa, qurusundan bişirin)
4  stəkan tərəvəz suyu (adi suyla da əvəz etmək olar)
Bir ovuc qıvırcıq (kahıya bənzər acımtraq sıx yarpaqlı tərəvəz), yalnız yaşıl hissəsi – doğrayın (2 stəkan alınmalıdır)
Yarım stəkan əllə qırılmış spagetti makaronu
Bir kiçik dəstə ağ reyhan (zəruri deyil)
Duz və istiot
5  xörək qaşığı rəndələnmiş Parmezan pendiri


Hazırlanması:

İri qazanda zeytun yağını orta odda qızdırın. Sarımsaq, soğan, yerkökü, kərəviz, kabaçok, pırasa, oreqano və dəfnə yarpağını əlavə edin.  Arada qarışdıra-qarışdıra təxminən 15 dəqiqə, və yaxud tərəvəzlər yumuşalanadək bişirin.

Pomidor, kartof, gülkələm, lobya və tərəvəz suyu (və yaxud adi su) əlavə edin. Qazanın qapağını bağlayın və qaynadın. 30 dəqiqə də, yaxud kartof yumuşalanadək bişirin.

Qazana 2 stəkan adi su əlavə edin və qaynadın. Qaynayan kimi, qıvırcıq və spagetti  makaronunu əlavə edib, 10 dəqiqə də bişirin. Makaron bilməlidir. Əgər şorba qatıdırsa, bir az su əlavə edin.

İstəyə görə şorbaya əlinizlə xırdalanmış ağ rehyan elavə edib, qarışdırmaq olar. Düz və istiot vurun. Şorbanı qablara tökün. Ayrı qabra süfrəyə Parmezan pendiri verin. Hər kəs zövgə görə öz şorbasına pendirdən səpə bilər. Nuş olsun!

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani