Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Badımcan İkrası (Badımcan Kürüsü) Resepti, Badımcan İkrası (Badımcan Kürüsü) Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Badımcan İkrası (Badımcan Kürüsü)

Son yenilənmə tarixi 26/12/2023 by Leyla Xanım

badimcankurusu

reklam



Ərzaqlar:

3kq.badımcan
1kq-sogan,
1,5kq-pomidor,
1 kq. bolqar bibəri
1-2 ədəd acı bibər
0,5və ya1 litr qarğıdalı yağı
duz: 2 x/q (təxmini)

Hazırlanması:

1- bütün ərzaqlar təmizlənmiş halda çəkilir və yuyulur
2- Sogan soyulub maşından kecirilir və yağda qızardılır.
3- Badımcanın qabığı soyulub uzunsov formada doğranılır, duzlanılır, acı suyu çıxardılır
4- Doğranmış badımcan yağda qızardılır və maşından keçirilir
5- Soganın üzərinə əlavə edilir.
Qalan bütün ərzaqlar da maşından keçirilir və hazırladığımiz kütlənin üzərinə əlavə edilir .
6- Vam odda bişirilir. tez-tez qarışdirilir ki, dib tutub yanmasın.
7- Şüşə bankalar təmiz yuyulur,hazır kütlə bankalara tökülür və qapaqlar sadəcə üzərinə qoyulur bağlanılmır
8-  45-dəqiqə bankalar dibinə əski qoyulmuş qaynar suda qaynadılır və suda qaynadılmış qapaqları bağlanılıb tərs çevrilir. NUŞ OLSUN

Qeyd: Kütlənin rəngi deyişdikdə, suyu qalmadıqda və yağını buraxdıqda -bişmiş hesab olunur.
Bunu rezbovoy bankalarda da hazırlamaq olar.O zaman sadəcə qapaqlar suda qaynadılıb quru və təmiz bankalara doldurub ağzını möhkəm bağlayıb ağzı üstə çevirin.Bir gecə qaldıqdan sonra düz çevirib soyuducuda yeriniz varsa oraya yoxsa da soyuq bir yerə qoyun.
Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani