Son yenilənmə tarixi 17/12/2023 by Leyla Xanım
Ərzaqlar:
400 q şəkər
6 yumurtanın ağı
80 q un
200 q badam
Hazırlanması:
Badamı qaynar suya salıb qabığını təmizləyin. Qurudun. Sonra isə qəhvəüyüdəndə üyüdün. Üyüdülmüş badamı, 3 yumurtanın ağını və şəkər tozunu çalın. Sonra daha 3 yumurtanın da ağını əlavə edib “su hamamında” çalmağa davam edin. Sonra isə qaşıqla yavaş-yavaş qarışdıraraq unu əlavə edin. Qarışığı konditer kisəsinə töküb üzərinə perqament qoyulmuş siniyə balaca peçenyelər sıxın. 160-180 dərəcə istidə qızaranadək bişirin. O quruyanda yaxşı bişmiş sayılır.
Hazır peçenyeni perqamentlə birlikdə sinidən götürüb nəm salfetin üzərinə qoyun. Peçenye kağızdan rahatca qopmağa başlayanda hamısını götürüb bir qaba düzün. Onları ərinmiş şokolad vasitəsilə iki-iki yapışdıra da bilərsiniz. Nuş olsun!
cox asandir, amma menim bir sualim var; badamlari immenni qehveuyudende uyutmek lazimdir, yoxsa badamlari blenderde de uyutmek olar?
Görünüşce gözel görünür. Hazırlamaq fikrim var TWK
Men bunu badam ile yox qoz ile sinamisam ela alinib. Size de cox tesekkurler.
gorunus super . dadidi da ele olmalidi