Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Badamlı Ərikli Tort Resepti, Badamlı Ərikli Tort Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Badamlı Ərikli Tort

Son yenilənmə tarixi 21/01/2024 by Leyla Xanım

badamlieriklitort

reklam



Ərzaqlar:

Xəmiri üçün:
2,5 su st. un
1 paket qabartma tozu
yarım su st. şəkər tozu
1 yumurta
100 qr. kərəyağı və ya marqarin
1 paket vanilya
yarım çay qaşığı duz

Ortası üçün:
1 su st. badam tozu
yarım su st. şəkər tozu
1 yumurta
1 qutu (100) xama (iran xaması)

Üzəri üçün:
11 ədəd ərik
22 ədəd qabıqsız badam


Hazırlanması:

Xəmir üçün olan ərzaqları qarışdırıb xəmiri yoğurun. Şəkildə gördüyünüz kimi duxovkada bişirəcəyiniz qabın içinə əlinizlə basdıraraq yayın. Ortasına basdıraraq kənarlarının 1-2 sm yüksəltin. Çəngəllə bir neçə yerdən deşin.
Ayrı bir qabda yumurtanı, şəkəri, xamanı və badam tozunu çırpıb qarışdırın. Bu qarışımı yaydığınız xəmirin
üzərinə tökün.
Sonda üzərinə ərikləri düzün.
Duxovkada 175 dərəcədə 45 dəqiqə bişirin.
Duxovkadan çıxartdıqdan sonra qabıqları soyulmuş badamları əriklərin ortasına düzün.
Zövqə görə dondurma və ya krem şanti ilə süfrəyə verə bilərsiniz.NUŞ OLSUN.

QEYD: Badamların qabıqlarının asan təmizlənməsi üçün 10-15 dəqiqə isti suda saxlayın.
Ortası üçün hazırladığınız qarışımın içinə qatdığınız badamları xırdalamaq üçün varsa mətbəx robotunda yoxsa ətçəkən maşınında çəkin.
Üzərinə düzdüyünüz ərikləri hazırlamaq üçün çiyidi çıxartılmış əriklərin içinə şəkər tozu və su töküb bişirin. Bişən əriklərin soyudub susuz bir şəkildə tortun üzərinə düzün.

Rəna xanım – Reseptler.com

badamlieriklitort2

badamlieriklitort5

badamlieriklitort3badamlieriklitort4


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. milane dedi ki:

    dadli yemekler alinir axirda

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani