Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Azərbaycan Paxlavası Resepti, Azərbaycan Paxlavası Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Azərbaycan Paxlavası

Son yenilənmə tarixi 30/09/2023 by Leyla Xanım

azerbaycanpaxlavasi

reklam



Ərzaqlar:

Un – 500 q
Kərə yağı – 150 q
Maya – 20 q
Yumurta – 1 ədəd
Süd – 200 q
Vanil – 5 q
Duz

İçlik üçün:
Qoz ləpəsi – 500 q
Şəkər tozu – 500 q
Hil – 4-5 ədəd

Şərbət üçün:
Şəkər tozu – 1 st.
Su – 1 st.

Üzəri üçün:
Yumurta sarısı – 2 ədəd
Zəfəran


Hazırlanması:

1.     Xəmiri hazırlamaq üçün: kərə yağı əridilir.
2.     Süd qızdırılır və ilıq halda kərə yağına əlavə edilir.
3.     Ələnmiş una 1 ədəd yumurta, duz, süd-yağ qarışığı, vanil və maya əlavə olunub yumşaq xəmir yoğrulur.
4.     Xəmir isti yerdə 30 dəq. saxlanılır.
5.     İçliyi hazırlamaq üçün: qoz qozçələn maşından keçirilir, əzilmiş hil və şəkər tozu qarışdırılır.
6.     Xəmir 12 kündəyə (2 kündə böyük olmaq şərtilə) bölünür.
7.     Böyük kündələrdən biri açılıb formaya yayılır, üzərinə fırça ilə 2 x.q. ərinmiş kərə yağı çəkilir və bir az içlik səpilir. Digər kündələr də eyni qayda ilə yayılır, yağlanır və aralarına içlik əlavə edilir.
8.     Formaya qat-qat yığılan laylar romb şəklində doğranılır. Hər paxlavanın üzərinə qoz ləpəsi qoyulur.
9.     Üzərinə çəkmək üçün: zəfəran dəmlənir, 2 yumurtanın sarısı ilə qarışdırılıb paxlavanın üzərinə çəkilir. Paxlava öncədən 180 dərəcəyədək qızdırılmış sobaya yerləşdirilir.
10.       Şərbəti hazırlamaq üçün: şəkər tozu ilə su qarışdırılıb odun üzərində 15 dəq. qaynadılır və soyudulur.
11.       Paxlava sobada 20 dəq. qaldıqdan sonra çıxarılır, bir daha doğranılır və üzərinə 1 st. ərinmiş yağ gəzdirilib yenidən sobaya 15 dəq. yerləşdirilir.
12.      Hazır paxlavanın üzərinə şərbət gəzdirilir və 5 dəq. sobadan saxladıqdan sonra çıxarılıb soyudulur.
Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

6 Yorum

  1. suleyman dedi ki:

    ne gozel paxlavadi olsaydi yeyerdik

  2. ruxa cavadi dedi ki:

    eladir,inshallah mende de alinar

  3. narinio dedi ki:

    men de bu reseptle hazirliyiram.inwallah yaxwi cixar.imza:buranin daimi izleyicisi.)))

  4. KONUL dedi ki:

    olsaydi hazir yeyerdim ham ham

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani