Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Asan Yeni İl Tort Resepti Resepti, Asan Yeni İl Tort Resepti Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Asan Yeni İl Tort Resepti

Son yenilənmə tarixi 08/08/2023 by Leyla Xanım

asanyeniiltortu

reklam



Ərzaqlar:

6  yumurta
1,5  s. st. şəkər tozu
2  s. st. un
1  paket qabartma tozu
1  paket vanilya
1  paket kakaolu krem şanti
1  paket  çiyələkli  krem şanti
Süd


Hazırlanması:

Yumurtanın ağı və şəkər  mikserlə  ağaranadək  çalınır.Sonra sarıları əlavə edərək təkrar çalınır. Qabartma tozu ələnmiş unu   və vanilyanı da əlavə edib  taxta qaşıqla  və ya mikserlə  bir az qarışdırın.Yağlı kağız  sərilmiş və ya yağlanmış və unlanmış tort  qalıbına tökün.(Kvadrat şəklində qablar daha yaxşı olar)180 dərəcədə üstü qızarana qədər bişirin.Çəngəllə və yaxud kibrit çöpü ilə xəmirin bişib bişmədiyini yoxlaya bilərsiniz.Yapışmırsa bişmişdir.Krem şantiləri üstündə yazıldığı kimi hazırlayın.Keks soyuduqdan sonra  keksi ortadan ikiyə  kəsin.Birinci parçanın üzərinə 1 qəhvə fincanı süd ilə isladın.Soyuducudan çıxartdığınız   kakaolu kremşantiyi sürün.Digər keks parçasını üstünə qoyun və eyni şəkildə südlə isladıb  çiyələkli krem şantini sürün.Üstünü ərimiş şokoladla və ya pudinqləbəzəyə bilərsiniz. Zövqə görə kokos səpə bilərsiniz. Bu torta çox yaraşır.Bir gün soyuducuda saxlasanız daha dadlı  və gözəl olacaqdır.
Reseptler.com

Nuş Olsun!


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

5 Yorum

  1. Esnat dedi ki:

    teşekkürler

  2. suleyman dedi ki:

    kokosu ne ile evez ede bilerik?

  3. AYLIN dedi ki:

    salam.tort texminen nece derecede biwirilir?

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani