Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Almalı İsti Sandviç Resepti Resepti, Almalı İsti Sandviç Resepti Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Almalı İsti Sandviç Resepti

Son yenilənmə tarixi 14/10/2023 by Leyla Xanım

almaliistisendvic

(1 pay üçün)

reklam



Ərzaqlar:

2 dilim çörək (tost üçün)
10 q qoz
0,5 alma
20 q pendir
1 yumurtanın sarısı
2 x.q. mayonez
şüyüd və ya cəfəri


Hazırlanması:

Almanı nazik halqa doğrayın. Dənələrini çıxarın. Pendiri sürtgəcin xırda gözündən keçirin.
Göyərtini xırda doğrayın. Pendirə əlavə edin, xırdalanmış qoz qatın. Yumurtanın sarısını əlavə edib yaxşıca qarışdırın.
Bir çörək diliminin üzərinə hazırladığınız içi çəkin. Üzərinə alma dilimlərini düzün. O biri dilimi üstünə qoyun.
Sobada 10 dəqiqə bişirin. Diaqonal üzrə kəsin. Süfrəyə mayonezlə verə bilərsiniz.

Milli.az


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani