Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Albalı Tortu Resepti, Albalı Tortu Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Albalı Tortu

Son yenilənmə tarixi 20/11/2023 by Leyla Xanım

albalitortu

reklam



Ərzaqlar:

4 yumurta
4 stəkan şəkər tozu
4 stəkan un
1 çay qaşığı qabartma tozu
1 raket vanil
1 kasa dondurulmuş albalı

Krem üçün

3 xörək qaşığı un
2 stəkan süd
1,5 stəkan şəkər tozu
1 paket vanil

Üstü üçün

1 raket krem-şanti
1 stəkan süd
1/2 çay qaşığı qida boyası


Hazırlanması:

Dərin qabda yumurta və şəkər tozunu köpüklənənə qədər mikserlə qarışdırın. Un, qabartma tozu və vanili əlavə edərək təkrar qarışdırın. Qarışığı yuvarlaq keks qabına tökün, 180 dərəcəyə qədər qızdırılmış sobada bişirin.

Sonra qazana süd, un, şəkər tozu və vanil töküb vam odun üzərində bişirin, qarışıq hazır olandan sonra mikserdə 5 dəqiqə qarışdırın. Hazır olan tort yarımfabrikatını qəlibdən çıxarın, ortadan kəsib iki yerə bölün.  İslatmaq üçün “Nescafe” və şəkər tozu qarışığı hazırlayın, kremin hamısını yayın, albalıları düzün, digər hissə ilə qapadın.

1 paket krem-şantini 1 stəkan süd qarışdırın, yarım çay qaşığı qida boyası əlavə edərək təkrar qarışdırın və tortün üzərinə çəkin. Tortun kənarlarını doğranmış şokoladla bəzəyin.

http://www.milli.az/news/kilinariya/58697.html


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

5 Yorum

  1. GUNAY dedi ki:

    YAXSI BIR MESLEHET ALLAH RAZI OLSUN

  2. selin dedi ki:

    ooooooooooo cok guzel

  3. eda dedi ki:

    cccccooookkkk guzel beyendim

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani