Son yenilənmə tarixi 01/01/2024 by Leyla Xanım
Ərzaqlar:
Biskvit üçün:
4 yumurta
1 s. st. şəkər
1 s. st. un
2 x/q. nişasta
0,5 ç.st. isti su
1 paket vanilya
Kremi üçün:
1 paket vanilyalı pudinq
3, 5 s.st. süd
1 paket krem şanti
Üzəri üçün:
Banan,kivi,şaftalı çiyələk , ananas və s.
0,5 paket meyvə jelesi
1 paket krem şanti
1 s. st. süd
Hazırlanması:
Yumurtaların sarısını və ağını ayırın. Yumurtanın ağını mikserlə ağaranadək çalın.Digər tərəfdə isə yumurtanın sarısını, şəkəri və isti suyu çalın.Sonra içinə qabartma tozu ələnmiş unu, nişasta və vanilyanı əlavə edirik.Sonda yumurta ağını da əlavə edib qarışdırılır.Yağlı kağız sərdiyimiz qabın içinə bu qarışımı tökün.isinmiş sobada 180 dərəcədə 15 -20 dəqiqə bişirin.Siz də üzərində yazdığı kimi pudinqi hazırlayın.Soyuduğu zaman içinə krem şantiyi əlavə edin. Krem şantini də soyuq südlə mikserlə çırparaq hazırlayın.(üzərində hazırlama qaydası var) Soyuyan keksi 3 -ə bölün.Alt parçanı nimçəyə alın və südlə isladın. Krem sürün.İstvdiyiniz meyvələri düzün.Hər qatı bu şəkildə bəzəyin.Jelenin də üzərində hazırlama qaydası var.Sonda meyvənin üzərinə töküb parlaqlıq verə bilərsiniz.Meyvəli tortunuz hazırdır.NUŞ OLSUN.
QEYD: İsti suyu tökdüyünüz zaman diqqətli olun yumurtanı bişirməyin.(Su qaynar olmasın)
men napaleon tortunun resepti sehifesinde,wokaladli bananli toplar sehifesinde sual vermisem .amma cavab almiram.balli tortun reseptine baxdim.terkibine 3x.q bal gedir.hazirlanmasinda ise bal yoxdu.men sizin yazdiginiz usulla biwirdim alinmadi.xahiw edirem ki,hazirlanma qaydasini duz yazasiz
Arada səhv getmişdi düzəlttik. Təşəkkür edirik xatırlatdığınız üçün. Jele resepti 1-2 gün içində sayta əlavə olunacaq. Reseptler.com ‘dan baxabilərsiniz.
gesengdi
superrrrrrrrrrrrrrrrrrrrr
dadlidir
salam su stekani ve cay stekani nece ferqlenir ??
Su stəkanı 200qr
Çay stəkanı 100 qr. Təşəkkürlər.
salam,men bisirdim keks evvelce qeseng qabarisdi,ama sonra yatdi,niye?
İlk 20 deqiqə sobanın ağzını qətiyyən açmaq olmaz. Bir de ki un qarışımını qattığınız zaman çox qarışdırmamalısınız.
salam buradaki reseptleri cox sevirem ve isteyirem ki davamida gelsin ancaq bu tort reseptini hazirlamaa isteyir anam yeni sizden sorusmaq istediyim resept deqiq duzdur?
Diqqətli bir şəkildə əməl etsəniz bəli alınacaq tortunuz. Nuş olsun!
Çox gözəldi.Bişirdim 🙂
Napolion tortunun resepini isteyirem