Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Gürcü Xəngəli Resepti, Gürcü Xəngəli Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar


Resept Axtar:

Gürcü Xəngəli

Son yenilənmə tarixi 09/09/2023 by Leyla Xanım

gurcuxengeli

reklam



Ərzaqlar:

Xəmir üçün:
3 st. un
1 st.su
1 yumurta
duz
İç üçün:
250 qr yağlı qoyun əti
200 qr mal əti
3 baş soğan
qırmızı və qara istiot
su,duz


Hazırlanması:

Ələnmiş una ilıq su,yumurta,duz əlavə edib xəmir yoğrulur və 20-30 dəqiqəlik dincəlməyə qoyulur.
İç üçün ət soğanla birlikdə maşından keçirilir,üzərinə su əlavə edilərək bişirilir,duz və istiotlat vurulur.
Xəmir kiçik hissələrə ayrılır,kündələnir.
Hər kündə yayılaraq içinə qiymə qoyulur.
Böyük kündə yayıb şəkildəki kimi də kəsib içlərini doldura bilərsiniz
Xəmirin kənarı şəkildə göstərildiyi qaydada bükülür.
Hazır xingəllər ağzı qapalı qazanda əvvəlcədən qaynadılmış duzlu suda 11-15 dəqiqə bışırilir.
Qeyd: Servis edilməyə hazır olduqdan sonra istəyən öz yeməyinin üzərinə istiot əlavə edəbilər şəkildəki kimi. Daha da ləzzətli olur 🙂


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların (reseptlər, şəkillər...) başqa saytlarda istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!


Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani