Son yenilənmə tarixi 14/09/2023 by Leyla Xanım
Ərzaqlar:
900 qr. su
700 qr. şəkər tozu
200 qr. nişasta
200 qr. meyvə suyu
yarım limonun suyu
200 qr. fındıq
Üzəri üçün:
kakos
Hazırlanması:
600 qram suyu, 700 qram şəkər tozunu və yarım limonun suyunu bir qazana töküb qaynadın. Ayrı bir qabda qalan 300 qram suyu və 200 qram meyvə suyunu qarışdırın.(otaq temperaturunda olacaq) İçərisinə 200 qram nişastanı əlavə edərək qarışdırın. Bu qarışımı qaynayan şəkərli ,limonlu suyun içinə yavaşca qarışdıra qarışdıra tökün. Bu qarışım
qatılaşana qədər 15-20 dəqiqə qarışdıra qarışdıra bişirin. Sonra bir kənara alıb içinə iri qırdığınız fındıq ləpəsini tökün. İri bir dərin qaba boşaldıb kənarda soyudun. Soyuduqdan sonra soyuducuda 1 saat saxlayın. Soyumuş lokumlarınızı kvadrat şəklində kəsib kakosa bulayaraq tekrar soyuducuda 1 gecə saxlayın. NUŞ OLSUN.
QEYD: Meyvə suyu olaraq portağal suyu istifadə etdim.
Fındıq yerinə qoz da istifadə edə bilərsiniz.