Son yenilənmə tarixi 17/08/2023 by Leyla Xanım
Ərzaqlar:
Keksi üçün:
5 yumurta
1 su st. şəkər tozu
1 su st. +2 x/q. un
yarım paket qabartma tozu
1 paket vanilya
Marmeladı üçün:
2 su st.vişnə püresi
6 x/q. şəkər tozu
(zövqə görə artırıb-azalda bilərsiniz)
2 x/q. nişasta
Hazırlanması:
Yumurta və şəkər tozunu ağaranadək mikserlə çalın.
Üzərinə un, qabartma və vanilya qarışımını əlavə edib 3-5 dəqiqə qarışdırın.
Bu qarışımı yağlanmış unlanmış yapışmayan tefal tavaya töküb 170 dərəcədə yarım saat və ya duxovkanıza görə üzəri qızarıb içi bişənə qədər bişirin.(içinin bişməsini kibrit batıraraq yoxlaya bilərsiniz.
Tavanı tərs çevirərək keksi çıxardın.(Amma bir az soyudun. İsti olduğu zaman yaxşı çıxmır.)
Marmeladı hazırlamaq üçün vişne pürəsini şəkər tozunu və nişastanı qarışdararaq bişirin.
Keksi ortadan ikiyə kəsib arasına hazırladığınız marmeladı ilıqkən tökərək yayın.
Digər parçanı üzərinə qapatın.(Keksiniz quru isə keksin iç tərəfini 1 stəkan südlə isladın)
Üzərini hazır krem şanti ilə(1 su stəkanı soyuq süd və toz krem şantini mikserlə çırpın)kremləyin.
Zövqə görə bu kremdən bir az ayırıb içinə rəng qataraq üzərinin gül və yarpaqlarını hazırlayıb bəzəyə bilərsiniz.