Son yenilənmə tarixi 06/09/2023 by Leyla Xanım
Ərzaqlar:
1 litr süd
1 su st.un
1 su st.şəkər tozu
1 paket vanilya
1 x/q.kərəyağı və ya marqarin
1 paket krem şanti
1 su st.kakos
1 su st.süd(krem şanti)
Hazırlanması:
1 litr südün içərisinə un və şəkər tozunu əlavə edib qarışdıraraq bişirin.
Ocaqdan almaya yaxın yəni qatılaşmaya başladığında kərəyağını və vanilyanı əlavə edib qarışdıraraq ocaqdan alıb mikserlə 10-15 dəqiqə çalın.
Böyük bir qabın içərisinə kakos səpələyin. Üzərinə hazırladığınız südlü qarışımı tökün və soyumağa qoyun.
1 stəkan soyuq südün içərisinə toz krem şanti tökülür və mikserlə çalınaraq krem hazırlanır.
Hazırlanan krem südlü qarışımın üzərinə sürülür.Şirniyyatı 1 gecə soyuducuda saxlayın.
Ertəsi günü şirniyyatı uzun düzbucaq dilimlər şəklində kəsin və rulet kimi bükün.Üzərini fındıq, qoz ilə bəzəyə bilərsiniz.NUŞ OLSUN.
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!
cox lezzetlidi men hazirlamisdim tewekkurler
bisirmemisem amma bisirecem . bir defe yemisem cox dadlidir