Son yenilənmə tarixi 23/09/2023 by Leyla Xanım
Ərzaqlar:
Xəmiri üçün:
1 kq. un
1 ədəd yumurta
2 s. st. ilıq su
duz
İçi üçün:
1 ədəd quru soğan
2 x./q. yağ
keşniş,şüyüd,turşəng,kərəviz
Zövqə görə ispanaq və başqa istədiyin göyərtiləri istifadə edə bilərsən.
duz,istiot
yağlamaq üçün kərəyağı
Hazırlanması:
Xəmir yoğrulub üzəri bir dəsmalla örtülür.İçini hazırlamaq üçün göyərti yuyulur, suyu süzülür,xırda xırda doğranır.Soğan doğranıb təxminən 5 dəqiqə yağda qovrulur.Doğranmış göyərtilərin üzərinə tökülür.Xəmirdən təxminən yumurtadan bir az balaca kündələr düzəldib yayın.Yayılmış lavaşın bir tərəfinə hazırladığınız göyərtidən qoyun,o biri tərəfini üstünə örtün.(yarım ay şəklində)Varsa isti sacda yoxsa tavada iki tərəfini də qızardın.(yağsız qızaracaq)Qızarmış qutabların üstünü isti isti kərəyağı ilə yağlayın. NUŞ OLSUN!