Son yenilənmə tarixi 03/10/2023 by Leyla Xanım
Rəna Xanım ‘ın resepti:
Ərzaqlar:
Keks üçün:
3 yumurta
0,5 s.st. şəkər tozu
0,5 s. st. duru yağ
1 s. st. qalet unu
1 s. st. qırılmış qoz
1 s. st. kokos
1 paket qabartma tozu
Kremi üçün:
1 litrə süd
1 s. st. nişasta
0,5 s.st. şəkər
1 paket vanilya
Siropu üçün:
2 s. st. su
1,5 s. st. şəkər tozu
1 paket vanilya
Krem hazır olduqdan sonra;
krem üçün 1 paket krem şanti
Hazırlanması:
Siropu hazırlayaq ,çünki şirniyyatımız bişənə qədər soyumalıdır. Bir qazana suyu və şəkəri töküb qaynadın. Qaynamaya başladığında ocağın altını azaldıb vam xodda 15 dəqiqə qaynadın. Sonda ocağı söndürüb vanilyanı əlavə edin.
Keks üçün yumurtaları və şəkəri miksərlə çırpıb digər ərzaqları da əlavə edib qarışdırın.Yağlanmış bir qaba tökərək 160 dərəcədə 30 dəqiqə bişirin.Duxovkadan çıxan kimi isti keksin üzərinə soyuq siropu tökün.
Keks duxovkada bişərkən siz də kremini hazırlayın.
Kremi üçün süd, nişasta və şəkəri qazana töküb qarışdıraraq qaynadın. Qaynamaya başladıqdan 3-4 dəqiqə sonra ocaqdan alın və üzərinə krem şantinin tozunu tökün.Mikserlə 5 dəqiqə çalıb soyumuş siroplu keksin üzərinə bu kremi yayın.Üstünə kokos tökün. Sadəcə reseptlər.com. da olan bu gözəl Azərbaycan şirniyyatınızı soyuducuda 2 -3 saat saxladıqdan sonra servis boşqablarında istediyiniz kimi bəzəyə bilərsiniz.
QEYD: Kokos yerinə qoz, fındıq da ola bilər.