Son yenilənmə tarixi 26/11/2023 by Leyla Xanım
Ərzaqlar:
1 lt süd
4 qəhvə fincanı un
1 yemək qaşığı nişasta
1 su stəkanı şəkər
2 yemək qaşığı kərə yağı
yarım limon qabığı rəndəsi
1 böyük paket ağ şokolad
1 paket vanil
Üzəri üçün:
Ağ şokolad rəndəsi (İstəyə görə)
Hazırlanması:
Süd un nişasta və şəkəri qazana tökün. Mikser köməyiylə yaxşıca çırpın .. Bir birinə qarışsın topa qalmasın. Az oddan davamlı qarışdıraraq bişirin. Bişmesine yaxın rəndələnilmiş limon qabıqlarını əlavə edin (çox incə rəndələyin). Qaynayınca ocaqdan alın. İstiykən içinə böyük boy ağ şokolad və yağı əlavə edin və davamlı qarışdıraraq əridin. Əridikdən sonra mikserlə təxminən 5 dəq. çırpın. Vanili əlavə edin cırpın. Kublara boşaldıb soyudun. Soyuduqdan sonra rəndələnmiş ağ şokoladla bəzəyin. Nuş olsun!
Reseptler.com
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!