Son yenilənmə tarixi 10/11/2023 by Leyla Xanım
Ərzaqlar:
Qoyun əti – 163 q.
Bibər – 215 q.
Düyü – 15 q.
Baş soğan – 20 q.
Qoyun quyruğu – 20 q.
Ərinmiş yağ – 20 q.
Qatıq – 50 q.
Darçın – 0,1 q.
İstiot – 0,1 q.
Duz
Hazırlanması:
Bibər yuyulur, özəyi çıxarılır. Qoyun ətindən quyruq və soğanla qiymə hazırlanır. Qiyməyə duz, istiot və pörtlədilmiş düyü qatılıb qarışdırılır. Həmin qiymə bibərə doldurulur, yağda qızardılır və üstünə azacıq bulyon tökülüb 15-20 dəqiqə öz buğunda bişirilir Nuş olsun!
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!