Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Ərəb Plovu Resepti, Ərəb Plovu Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Ərəb Plovu

Son yenilənmə tarixi 25/09/2023 by Leyla Xanım

erebplovu

reklam



Ərzaqlar:

500  qr. xırda doğranmış  ət
1 ədəd   soğan
1 ədəd  kartof
2 -3  diş sarımsaq
2  s.st. düyü
kərəyağı,  duz, qarabibər


Hazırlanması:

Xırda  kvadrat şəklində doğranmış ətləri bir tavada bişməyə  buraxın. Suyunu çəkməyə yaxın  ədviyyatları  və ortadan ikiyə kəsdiyimiz   sarımsaqları  əlavə  edin.  1 su stəkanı isti suyu da əlavə edərək  bişirin.

Kartofu  halqa  şəklində dilimləyib yağda qızardın.

Soğanı dilimləyərək  dibini  yağladığınız  qazana  düzün.

Soğanın üzərinə ətləri suyu ilə birlikdə boşaldın.

Ətin üzərinə  kartof  dilimlərini düzün.

Sonda  əvvəlcədən suda islatdığımız  düyünü də qazana tökün.

Üzərinə təxminən   4  su stəkanı isti su  tökərək  1 -2  xörək  qaşığı  kərəyağınıda  əlavə edərək  vam odda bişməyə buraxın.

Düyü   yumşalıb  suyunu çəkdikdən sonra  yeməyimiz bişmişdir.

Qazanı   ocaqdan alıb üzərinə geniş bir servis boşqabını qoyaraq  qazanı ters çevirin.Salata və istediyiniz yaşıllıq və qatıqla  servis edin. NUŞ OLSUN!
Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani