Son yenilənmə tarixi 15/08/2023 by Leyla Xanım
Ərzaqlar:
2 kartof
3 yumurta
1 dəstə cəfəri
3-4 ədəd yaşıl soğan
4 x/q. zeytunyağı
duz,istiot
Hazırlanması:
Kartoflar qabığı soyulub,yuyulur kubik şəklində doğranıb bol duru yağda qızardılır.
Yumurtalar suda soyutma bişirilir.
Cəfəri və soğan xırda xırda doğranır.
İlıq olan qızarmış kartof və göyərtilər qarışdırılır.Üzərinə duz istiot,zeytunyağı vurulur.
Bişmiş yumurtaları da soyub iri iri doğrayıb salata qarışdırın.
Şəkildə gördüyünüz kimi çox qarışdırmayın, sadəcə qaşıqla bir dəfə alt üst edərək qarışdırıb süfrəyə verin.NUŞ OLSUN.
QEYD:Zövqə görə toyuq ətini də soyutma bişirib əlavə edə bilərsiniz.
Rəna xanım – Reseptler.com
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!
zeytun yagi olmasa olar?
Olar.