Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Yumşaq Kartoflu Bulkalar Resepti, Yumşaq Kartoflu Bulkalar Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Yumşaq Kartoflu Bulkalar

Son yenilənmə tarixi 07/01/2024 by Leyla Xanım

yumsaqkartoflubulkalar

reklam



Ərzaqlar:

40-50 qr. maya
1 x/q. şəkər tozu
125 qr. marqarin
1 su st. ilıq süd
1 çay st.duru yağ
1 su st. ilıq su
2 çay qaşığı duz
2 yumurta(1-nin sarısını üzərinə)
3 su st.un

İçi üçün:
2 ədəd soyutma bişmiş kartof
150 qr pendir
cəfəri,nanə,keklikotu
3 x/q. yağ
istiot


Hazırlanması:

Unu qaba alıb ortasını hovuz kimi açaraq içinə mayanı,südü,duru yağı,duzu,şəkəri,suyu,yumurtanı(1 nin sarısı üzəri üçün ayrılır) otaq temperaturunda olan marqarini qataraq yumşaq bir xəmir yoğurun. Üzərini örtərək 1 saat acıması üçün kənara qoyun.
İç xərci hazırlayaq: Soyutma bişmiş kartofları sürtgeçdən keçirin.Üzərinə pendiri də sürtkeçden keçirib zövqə görə istədiyiniz göyərtini,ədviyyatı tökərək qarışdırın. Duzunu, istiotunu və yağını da əlavə edərək iç xərcinizi hazırlamış oldunuz.
Xəmiriniz acıdıqdan sonra onu kündələrə ayıraraq şəkildə gördüyünüz kimi kündənin yanını baş barmağınızla basaraq orda bir çüxur açın. Açdığınız bu çüxurun içinə hazırladığınız qarışımdan qoyub şəkildəki kimi üzərini qapatın. Üzərinə ayırdığınız yumurta sarısını sürüb çəngəllə cizib şəkil verin.Küncüt səpərək 200 dərəcədə üzəri qızarana qədər bişirin. NUŞ OLSUN.

QEYD: Kartoflu bulkaya şəkil verərkən kündəni əlinizdə çox yuvarlamayın.Şəkildə gördüyünüz kimi kündəni olduğu kimi iç qoyub üst-üstə qapataraq bişirin.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani