Son yenilənmə tarixi 13/09/2023 by Leyla Xanım
Ərzaqlar:
4 ədən yumurta
2 s. st. şəkər tozu
2 x/q. kakao
1 s. st. süd
1 paket qabartma tozu
2 paket vanilya
1 paket marqarin
1 paket vanilyalı pudinq
Hazırlanması:
İlk olaraq yumurtalar dərin bir qabın içinə qırılır və üzərinə şəkər əlavə edib ağarana qədər mikserlə çalın.İçinə süd, kakao, vanilya, ərimiş marqarini əlavə edib çırpmaya davam edin.
Hazırladığınız bu qarışımdan 1 stəkan ayırın.Qalan hissənin üzərinə un, qabartma tozu əlavə edib qarışdırın.Bu qarışımı yağlanmış bir az da içinə şəkər tozu sərpilmiş tort qabına boşaldın.
170- 180 dərəcədə 30 35 dəqiqə bişirin.Üzəri qızaran tort biskvitini duxovkadan çıxardıqdan sonra ayırdığımız 1 stəkan sulu qarışımı biskvitin üstünə tökün.Vanilyalı pudinqi üstündə yazılan kimi bişirin və tortun üzərinə yayın.Kokosla bəzəyin.NUŞ OLSUN.
QEYD:pudinq olmazsa ya krem şanti və ya da reseptler.com.da verilən krem reseptlərindən də hazırlayıb bəzəyə bilərsiniz.
mence bunu hazirlamaq asandir men bu sayti cox sevirem
ela ela
nefis
muthis gorunusu var yeqin ki dadi da muthis olar