Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Yayla Şorbası Resepti, Yayla Şorbası Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Yayla Şorbası

Son yenilənmə tarixi 25/12/2023 by Leyla Xanım

Yayla Şorbası

reklam



Ərzaqlar:

4-5 pay üçün

3 stəkan qatıq
4 stəkan su
1 ədəd yumurta
3 xörək qaşığı un
3 xörək qaşığı yumru düyü
3 xörək qaşığı kərə yağı
2 çay qaşığı narın quru nanə (süzgəcdən sürtərək keçirin ki, narın olsun)
Balaca çimdik qırmızı şirin toz bibər (zəruri deyil)
Zövqə görə duz


Hazırlanması:

Bir qazanda qatıq, su, yumurta, un və düyünü yaxşıca qarışdırın. Orta odda taxta qaşıqla dəyanmadan qarışdıraraq qaynayanadək bişirin. Qaynayandan sonra tez-tez qarışdıra-qarışdıra düyü bişənədək bişirməyə davam edin. Düyü bişəndə şorbanı kənara çəkin.

Balaca tavada yağı qızdırın. Cızıldamağa baslayan kimi, kənara çəkib quru nanə və pul bibəri (zəruri deyil) əlavə edib yarım dəqiqə qarışdırın. Alınan qarışığı şorbaya əlavə edib, qarışdırın. Zövqə görə duz vurun. Süfrəyə çörəklə verin.

QEYD – bu şorbaya bişmiş noxud da əlavə etmək  olar. Ya suda islağa qoyulub sonra bişirilmiş noxud, ya da konserv noxuddan istifadə etə bilərsiniz. Bunları  şorba bişəndən sonra ona əlavə edin.

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

2 Yorum

  1. Aydan dedi ki:

    cox guel sirniyyat var

  2. Aydan dedi ki:

    cox guzel sirniyyatlar var

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani