Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Xarço Şorbası Resepti, Xarço Şorbası Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Xarço Şorbası

Son yenilənmə tarixi 13/09/2023 by Leyla Xanım

xarco

reklam



Ərzaqlar:

1 kq sümüklü mal əti
2 böyük pomidor
3 böyük baş soğan
5 diş sarımsaq
4/3 st. düyü
göy alça
3-4 ədəd xiyar turşusu
Qırmızı istiot
keşniş və ya cəfəri
Ədviyyat:
2  xörək qaşığı xmeli-suneli*
Zəfəran
2-3 ədəd dəfnə yarpağı
Qara istiot


Hazırlanması:

Əti 2,5 saat qaynadın. Kəfini yığın. Düyünü yuyub suda isladın. Zəfəranı duzla əzin (bir xörək qaşığı qədər), sonra üzərinə qaynar su tökün.
Bitki yağında soğanı şəffaf olana qədər qızardın, doğranmış qırmızı istiot əlavə edin. Qabığı soyulub doğranmış pomidor, qara istiot, duz töküb qızardın, 2 çömçə bulyon əlavə edin. 7-9 dəqiqə bişirin.
Quru tavaya qoz töküb azca qurudun. Sonra həvəngdəstədə döyün. Ət 2,5 saat qaynayandan sonra çıxarıb doğrayın. Bulyonu tənzifdən süzüb ətə əlavə edin. Qızartdığınız tərəvəzləri, düyünü, isladılmış zəfəranı, dəfnə yarpaqlarını əlavə edin. Düyü bişəndən sonra qoz və xmeli-suneli əlavə edin. Sarmsağı əzin, göyərtini doğrayın və şorbaya əlavə edin. Qarışdırıb tkemali tökün. Duzunu yoxlayın, dəfnə yarpaqlarını çıxarın. Xiyar turşusunu doğrayın tökün. Qazanın qapağını örtün. Ocağı söndürüb 15-20 dəqiqə şorbanın “özünü tütmasını” gözləyin. Sonra süfrəyə verə bilərsiniz.

*Qeyd : Xmeli-suneli olmasa evdə olan ədviyyatlardan tökəbilərsiniz.

Milli.Az


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

4 Yorum

  1. Ilahe dedi ki:

    Bu gurcu yemeyidi. Biz bunnan tez tez bisiririk)

  2. zari dedi ki:

    ele bi yemek?

  3. Ayten dedi ki:

    indi bisirecem

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani