Son yenilənmə tarixi 10/10/2023 by Leyla Xanım
Ərzaqlar:
300 qr. kakos
3 yumurtanın ağı
1 çay st. şəkər kirşanı
1 paket vanilya
Hazırlanması:
Kakos və şəkər kirşanını və vanilyanı qarışdırın.
Üzərinə yumurtanın ağlarını əlavə edib yaxşıca qarışdırın.
Qaşıqla və ya əlinizlə yuvarlayıb xırda keks qablarına qoyun.
170 dərəcədə üzəri qızarana qədər bişirin.
Qurabiyələriniz bişənə qədər siz də ayrı bir qabda şokolad sousunuzu hazırlayın.
Şəkildəki kimi üzərini sürün.
Kakoslu şokoladlı qurabiyələriniz hazırdır.NUŞ OLSUN.
QEYD: Xırda keks qablarınız yoxdursa yağlı kağız sərilmiş listdə də bişirə bilərsiniz.
Şokolad sousu hazırlamaq üçün Reseptler com. şokolad sousu reseptindən istifad edə bilərsiniz.
Mağazalarda hazır paket şəklində də satılır.
Şəkər kirşanı yerinə normal şəkər tozu da istifadə edə bilərsiniz.
superr benceee suppppppppppppppppppeeeeeeeeeerrrrrrrr 🙂