Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Tuile Resepti, Tuile Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Tuile

Son yenilənmə tarixi 02/09/2023 by Leyla Xanım

tuile

reklam



Ərzaqlar:

Reseptəki ölçülərə əsasən -5 ədəd böyük tuile hazırlanacaq.

Xəmirin hazırlanması 10 dəqiqə, soyuducuda saxlanması 30 dəqiqə, bişirilmə müddəti – hər pay üçün 5-10 dəqiqə vaxt aparır.

Lazım olan ərzaqlar:

65 qram yumşaldımış yağ (ərinmiş yox,məhz yumşaldılmış halda)
60 qram ələnmiş şəkər kirşanı (pudrası)
1 paket vanil tozu (yaxud bir qədər vanil ekstraktı ilə əvəz oluna bilər)
2 böyük yumurtanın ağı (yüngülcə çəngəllə çalınmış şəkildə)
65 qram ələnmiş ağ un
Yağ – bişiriləcək listin üzərinə çəkmək üçün.


Hazırlanması:

1.Yumşaldılmış yağ,şəkər tozu və vanil birlikdə əl yaxud mikserlə (aşağı sürətdə) bir qabda qarışdırılır, yumşaq xəmir halına salınır. Qarışdıra-qarışdıra üzərinə az-az miqdarda çalınmış yumurtanın ağı əlavə olunur. Daha sonra qatışığın üzərinə hissə-hissə un tökülür və yumşaq xəmir alınanadək qarışdırılır. Diqqət yetirmək lazımdır ki, xəmir həddən çox qarışdırılmasın!

2. Xəmir olan qabın üstü selofanla örtülür,ən azı yarım saat soyuducuda saxlanır.( Bu xəmir soyuducuda bir həftəyədək saxlana bilər. İstifadə etməzdən 30 dəqiqə əvvəl xəmir soyuducudan çıxarılmalıdır.)

3. Bişiriləcək listin üzərinə perqament kağızı yerləşdirilir yaxud da listin üzəri yağlanır və heç olmasa 15 dəqiqə soyuducuda saxlanır. Xəmiri qaşıqla götürüb dairə formasında yayın. Hər dəfə listə 2-3 xəmiri yeləşdirib bişirmək lazımdır.

4. Tuile öncədən 180 dərəcə tempraturda qızdırılmış sobada, xəmirin kənarları qızılı qəhvəyi rəng alanadək, təxminən 5-10 dəqiqə bişirilir. Bişmiş xəmir dərhal sobadan çıxarılır və istənilən formaya salınır/bükülür. Xəmir bişdikdən dərhal sonra,isti halda formaya salınmalıdır. Ona görə də hər dəfə az sayda xəmir bişirmək lazımdır.

5. Tuilləri istədiyiniz kremlə (aşağıda nümunə var), meyvəylə doldurub süfrəyə verin.

Kremin hazırlanması:

5-6 ədəd tuiles üçün 1 ¼ fincan krem lazımdır.

Ərzaqlar:

1 fincan süd (tam yağsız ya da az yağlı)
¼ fincan şəkər tozu
1 çay qaşığı vanil ekstraktı
1 cimdik duz
2 böyük yumurtanın yalnız sarısı
¼ fincan qarğıdalı nişastası
1 xörək qaşığı duzsuz kərə yağı (kiçik hissələr doğranılır)

1.Orta ölçülü qazana süd,şəkər tozunun yarısı,vanil ekstraktı və duz tökülüb qaynayanadək orta dərəcəli odun üzərində bişirilir.

2.Orta ölçülü qabda yumurta sarısı, qarğıdalı nişastası və şəkər tozunun qalan hissəsi qarışdırılır. Qarışdıra-qarışdıra bunun üzərinə yavaş-yavaş əvvəlcədən hazırlanmış isti,südlü qarışıq əlavə olunur. Bütün bunlar tam şəkildə bir-birinə qarışdıqdan sonra yenidən qazana tökülür. Təxminən 2-4 dəqiqə,orta-yüksək dərəcəli odda, dayanmadan qarışdırmaq şərtiylə kütlə qatılaşana kimi bişirilir.

3.Bişdikdən sonra qarışıq qaba tökülür,üzərinə yağ əlavə olunur. Orta sürətli mikser vasitəsiylə, təxminən 5 dəqiqə ərzində, yağ əriyənə və kütlə soyuyanadək qarışdırılır.

4.Bərkiməsin deyə kremin üzəri sellofanla kip şəkildə örtülür. Soyuyanadək soyuducuda saxlanır. Ən azı 2 saat,ən çoxu 2 günədək krem soyuducuda saxlana bilər. İstifadə etməzdən öncə yumşalması üçün kremi qarışdırmaq lazımdır.  Nuş Olsun!

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. ugur dedi ki:

    men cox beyendim resepleri.esasen tuileni.minnetdaram.

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani