Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Truffle Qurabiyə Resepti, Truffle Qurabiyə Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Truffle Qurabiyə

Son yenilənmə tarixi 19/11/2023 by Leyla Xanım

trufflequrabiye

reklam



Ərzaqlar:

2 ədəd yumurta
2 su stəkanı un
1 su stəkanı şəkər tozu (Həvəngdəstədə döyün)
50 qram kakao
50 qram marqarin
1 paket qabartma tozu
1 paket vanilya
2 x/q. portağal suyu

Üzəri üçün:
1 su stəkanı şəkər kirşanı


Hazırlanması:

Un, (həvəngdəstədə və ya stəkanın arxası ilə əzilmiş) şəkər tozu, kakao, qabartma tozu və vanilyanı bir qabda qarışdırılır. Ayrı bir qabda otaq temperaturundakı marqarini, portağal suyunu və yumurtanı birlikdə çırpıb digər quru ərzağımızın üzərinə əlavə edib xəmirimizi hazırlayaq. Hazırlanmış xəmiri yarım saat soyuducuda saxlayın.
Soyuducudan çıxarılan xəmiri qozdan bir az böyük yumru top şəklində hazırlayın. Hazırlanmış yumruları şəkər kirşanına (şəkər pudrası) bol-bol batırıb yağlı kağız sərilmiş listə düzüb yenidən 10 dəqiqəliyinə soyuducuya qoyun. 180 dərəcədə 10-15 dəqiqə bişirin. NUŞ OLSUN.
QEYD:
Şəkər tozunu az-az tökərək həvəngdəstədə əzin. Yerinə şəkər kirşanı istifadə etməyin. Qurabiyələr dağılır.
Xəmiri hazırladığın zaman yumşaq olur. Soyuducuya qoyun. Bərkiyəcək.
Yumurtalar böyük olmasın,xəmir sıyıq olmasın.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani