Son yenilənmə tarixi 08/12/2023 by Leyla Xanım
Ərzaqlar:
1 ədəd toyuq döş əti
3 ədəd yaşıl bibər
2 ədəd pomidor
1 soğan
1 ədəd kartof
4 -5 x/q. duru yağ
duz
qarabibər
Zövqə görə: kəkotu
Hazırlanması:
Toyuqları xırda xırda doğrayırıb yağda qovuralun. Nazik doğradığınız soğanları əlavə edərək qovurun.Sonra bibərləri və pomidorları doğrayıb əlavə edin.Bir az da su töküb ağzını örtün. 5- 10 dəqiqə qaynadaraq bişirin. Kvadrat şəklində doğradığınız kartofları bol yağda qızardıb toyuqların üzərinə alın və qarışdırın.
Zövqə görə yanına plov və cacıq (qatıq) hazırlaya bilərsiniz.
Reseptler.com
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!