Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Toyuq Şorbası Resepti, Toyuq Şorbası Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Toyuq Şorbası

Son yenilənmə tarixi 29/09/2023 by Leyla Xanım

toyuqsorbasi

reklam



Ərzaqlar:

1 ədəd toyuğun döş əti
3 x/q.kərəyağı
1 x/q. un
4 x/q. yumru düyü
1 yumurta
3 x/q.qatıq
duz,istiot
zövqə görə qırmızı toz bibər


Hazırlanması:

Toyuq ətini təxminən 5-6 stəkan suda qaynadın.Təxminən 10-15 dəqiqə sonra suyunu başqa bir qaba süzüb əti didin.Qazana yağı töküb üzərinə unu töküb 3-4 dəqiqə qovurun.Üzərinə toyuq suyunu və düyünü əlavə edib bişirin.
Ayrı bir qabda yumurta və qatığı qarışdırın.Üzərinə qaynayan isti toyuq suyundan bir çömçə alıb az az qatıqlı qarışıma əlavə edin.
Düyü bişdiyində bu qarışımı dayanmadan qarışdıra qarışdıra qazana tökün ki,qatıq çürüməsin.Qaynamağa başladığında diddiyiniz əti də əlavə edin.Ocaqdan aldığınız şorbaya duz və istiot vurun.
Süfrəyə verməzdən əvvəl 2 xörək qaşığı istersen kərəyağı istərsən duru yağ qızdırın.Qızmış yağın üzərinə qırmızı toz bibər əlavə edin.Süfrəyə verdiyiniz zaman bu qarışığı şorbanın üzərinə gəzdirin.NUŞ OLSUN.
QEYD:qırmızı toz bibər yerinə qurudulmuş nanə də əlavə edə bilərsiniz.
Toyuq Şorbası


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani