Son yenilənmə tarixi 01/12/2023 by Leyla Xanım
Ərzaqlar:
1 ədəd toyuq
150qr qoz ləpəsi
5 ədəd soğan
25 qr axta zoğal və ya 40 qr turş gavalı qurusu
50 qr kişmiş
1 x.q alça turşusu
duz
istiot.
Hazırlanması:
Soğan təmizlənib ətçəkən maşından və ya iridişli sürtgəcdən keçirilir, ikiqat tənzifdən sıxılıb suyu aynlır. Soğana ət maşınından keçirilmiş qoz ləpəsi, isladılıb xırda doğranmış zoğal axtası və ya gavalı qurusu (lavaşana da qatmaq olar) və kişmiş qatılaraq qiymə (ləvəngi) hazırlanır. Toyuğu təmizləyib yuduqdan sonra onu istiotlayır, duzlayır, alça turşusu ilə içəri və bayır tərəfıni turşulayıb içərisinə ləvəngi yığırlar. İçi doldurulmuş toyuğu qızdırıcı şkafda (duxovkada) hər iki üzü qızarana qədər bişirirlər. Süfrəyə verdikdə göyərti, xiyar və limon dilimləri ilə bəzəmək olar. Qaşqaldağı, qazı və ördəyi də bu üsulla bişirmək olar.
Qeyd: Yanına Reseptler.com -da yer alan Plov reseptlerinden birini hazırlayabilərsiniz.
tesekkurlere urekler sayqilar nus olsun hepimize
tesekkurler urekler sayqilar yinede hepimize nus olsun
guze yaa artik bikdim yazmakdan