Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Toyuq Bükməsi Resepti Resepti, Toyuq Bükməsi Resepti Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Toyuq Bükməsi Resepti

Son yenilənmə tarixi 13/12/2023 by Leyla Xanım

toyuqbukmesi

reklam



Ərzaqlar:

2/1 toyuq
göyərti (hansını xoşlayırsınız)
150 q pendir
100 q mayonez
1 baş soğan
2 duzlu xiyar
1 qurudulmuş istiot
sirkə
lavaş


Hazırlanması:

Qurudulmuş acı istiotun üzərinə qaynar su töküb ağzına qapaq qoyun, 10 dəqiqə saxlayıb yenidən qaynar su əlavə edin. Pendiri sürtgəcdən keçirin. Göyərtini doğrayın. Pendiri, göyərtini və mayonezi qarışdırın. Yumşalmış acı istiotun dənələrini çıxarın, özünü xırdalayıb doğranmış toyuğa əlavə edin. Toyuğu duzlayıb, istiotlayın, üzərinə azca sirkə tökün. 40 dəqiqə saxladıqdan sonra toyuğu 20 dəqiqə bişirin.
Duzlu xiyarı və soğanı doğrayıb qarışdırın. Bişmiş toyuğu sümükdən ayırın. Xırda doğrayın.
Lavaşları açıb sıra ilə düzün: əvvəlcə pendirli qarışığı, sonra toyuq ətini, lap axırda duzlu xiyarla soğan qarışığını. Sonra lavaşı rulet kimi səliqəylə bükün, kənarları açıq qalmasın. İkitərəfli qızardın. Süfrəyə verərkən doğrayın.

Milli.az


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

8 Yorum

  1. ayla dedi ki:

    cox beyendim ve evde bisirdim dadlidirrrrrrr sagolun

  2. Firengiz dedi ki:

    Dadlidi

  3. ulker dedi ki:

    ilk defe biwirecem twk

  4. Royale dedi ki:

    dadli gorsenir resepti yazdim bicirecek mamam twklerr

  5. Nermin dedi ki:

    cox lezzetlidir!twkler

  6. jalka dedi ki:

    çox dadlıdr,verin yeyim də

  7. Aygun dedi ki:

    Men bu reseptle bisirdim cox dadli alindi cox saq olun.

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani