Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Torpaq Tortu Resepti, Torpaq Tortu Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Torpaq Tortu

Son yenilənmə tarixi 01/12/2023 by Leyla Xanım

torpaqtortu

reklam



Ərzaqlar:

Xəmiri üçün:
4 yumurta
1 su st. şəkər tozu
100qr. marqarin və ya kərəyağı
yarım çay qaşığı soda altddanda şekil qoy
2,5 su st. un

Kremi üçün:
100 qr. marqarin və ya kərəyağı
200 qr. qoz
2 qutu skuşonka (3 saat ağzı bağlı suda qaynadılır)


Hazırlanması:

Xəmir üçün olan ərzaqlar qarışdırılır.Bir xörək qaşığı ilə unlanmış bir siniyə qoyularaq(şəkildəki kimi) soyuducunun buzluğunda 2 saat soyuduqdan sonra çıxardıb sürtgeçdən keçirin.
Tavaya rəndələdiyiniz xəmiri 200 dərəcədə üzəri qızarana qədər bişirin.
Yeni bişdiyi zaman yumşaq olsada soyuduqdan sonra sərtləşəcək. Sərtləşən xəmirləri xırda xırda qırın.
Ayrı bir qabda krem üçün lazım olan ərzaqları qarışdırın.
Qırılmış biskvitlərlə kremi qarışdırın.
Təpə kimi şəkil verib qarışqa yuvasına bənzətmək üçün üzərinə bitter şokoladı sürtgəçdən keçirib səpələyin. Qarışqa yuvasına oxşayan tortumuz hazır NUŞ OLSUN.

QEYD: 1 saat dinləndikdən sonra süfrəyə verə bilərsiniz. Nə çox yumşaq nə də çox sərt olacaqdır.

torpaqtortu2


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani