Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Tiramisu Resepti, Tiramisu Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Tiramisu

Son yenilənmə tarixi 05/08/2023 by Leyla Xanım

Tiramisu

reklam



Ərzaqlar:

2 ədəd Yumurta sarısı
Şəkər kirşanı 6 x.q
Maskarponi pendiri 500 qr
Qaymaq 500 qr
Dəmlənmiş kofe 200 qr
Barmaq peçenye 400 qr
Kakao 30qr
Ətirləndirmək üçün vanil


Hazırlanması:

Təzə yumurta sarısı 4x.q şəkər kirşanı ilə mikserlə ağarana qədər çalınır. Sonra isə qatı qaymağı da əlavə edib yenidən çalınır.

Ayrı qabda isə maskarponi pendirinin üzərinə 2 x.q qaşığı şəkər kirşanı əlavə edib,mikserlə iki qat artana qədər çalınır.

Hər iki krem birləşdirilib çalınır.

Sonra peçenyeləri bir-bir soyuq kofeyə tez salıb-çıxardmaq şərtilə kremlənmiş qaba sırayla düzülür.

Bir lay düzdükdən sonra qalın lay krem çəkilir, ikinci lay üçün eyni üsulla peçenyelər düzülür.

Beləliklə üst kremi çəkildikdən sonra kakao ələnir.

Kakao ələdikdən sonra isə heç olmasa 24 saat soyuducuda saxlanılır ki,istənilən dad alınsın.

Bir gün soyuducuda  saxladıqdan sonra  Tiramisu tortu  doğranır,bu reseptdən 12 nəfərlik pay alınır.

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani