Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Tiramisu Tortu Resepti, Tiramisu Tortu Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Tiramisu Tortu

Son yenilənmə tarixi 17/12/2023 by Leyla Xanım

tiramisutortu

reklam



Ərzaqlar:

1 ədəd hazır tort biskviti(marketlərdə satılır)

Kremi üçün:
500 qr.süd
250 qr.xama
1 ədəd yumurta
5 x/q. un
5 x/q. şəkər tozu
1 paket vanilya

Biskviti islatmaq üçün:
1 su st. süd
1 çay qaşığı sadə neskafe
1 çay qaşığı şəkər tozu

Üzəri üçün:
2 x/q. kakao


Hazırlanması:

Kremi hazırlamaq üçün xamasından başqa bütün ərzaqları qazana töküb qarışdırın. Qarışdara qarışdıra qaynayıb bir az qatılaşana qədər bişirin. Soyuması üçün bir kənara qoyun. Soyuyan kremin üzərinə xamasını töküb mikserlə çalın.
Biskviti islatmaq üçün 1 stəkan ilıq südün içərisinə şəkər tozu və sadə neskafe töküb qarışdırın. Bu südlü qəhvəli qarışımla biskvitin hər iki tərəfini isladın (iç tərəfini).
Hazırladığınız kremli qarışımı əvvəlcə alt qata sürün. Üzərinə ikinci qatı qoyub yenə kremləyin.
Sonda süzgəclə kakao səpərək bəzəyin. Tortunuz hazırdır. NUŞ OLSUN.

QEYD: Bu tortu təxminən 20 dəqiqəyə hazırlamaq mümkündür. Vaxtı olmayanlar üçün bu resepti vermək istədim.Hazır biskvit istifadə etmək istəmirsinizsə Şokoladlı Yeni İl Tortu reseptinə baxa bilərsiniz.Ayrı tortların da reseptində var, amma ağlıma gələn bu resept olduğu üçün bunu dedim .Bu tort italyan mətbəxinə aiddir. Amma dünyanı gözəl, dadlı ləzzətlərindən dadmaq bizim də haqqımızdır, deyə bu resepti hazırladım. Nuş olsun.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. feride dedi ki:

    cokk guzel gorunuyor ben ( Asuman Akdas ) bunu yarin gunum var yaparim ellernize salik

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani