Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Tavada Asan Toyuq Qızartması Resepti, Tavada Asan Toyuq Qızartması Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Tavada Asan Toyuq Qızartması

Son yenilənmə tarixi 07/08/2023 by Leyla Xanım

tavadaasantoyuqqizartmasi4

reklam



Ərzaqlar:

1 kq. toyuq əti
1 ç/q. duz
1 ç./q.kəklikotu
1 ç./q. istiot
1 ç./q. qırmızı bibər tozu
yarım çay stəkanı duru yağ


Hazırlanması:

Qızardacağımız izqara tavanın və ya normal tavanın içinə toyuq ətlərini qoyun. Üzərinə ədviyyatları və yağı töküb qarışdırın.Üstünü folqa(aliminyum kağız) ilə qapatın.Folqa kağız həm ətin içinin yaxşı bişməsi üçün,həm də yağın ətrafa sıçramaması üçündür. Vam odda qızarana qədər bişirin. Arada bir çevirərək hər iki üzünün də qızarmasına diqqət eləyin. NUŞ OLSUN

QEYD: bu yeməyi plovla, kartof qızartması, kartof püresi, makaron,vermişel və s. ilə süfrəyə verə bilərsiniz. Duxovka olmadıqda istifadə edə biləcəyiniz asan və qısa müddətə hazırlana biləcək kabab ləzzətində dadlı bir yeməkdir.
Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani