Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Sümüklü Kartoflu Ət Xörəyi Resepti, Sümüklü Kartoflu Ət Xörəyi Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Sümüklü Kartoflu Ət Xörəyi

Son yenilənmə tarixi 10/01/2024 by Leyla Xanım

sumuklukartofluetxoreyi

reklam



Ərzaqlar:

4-5 parça sümüklü ət
4 ədəd kartof
5-6 diş sarımsaq
2 ədəd soğan
1 ədəd yaşıl biber
1 ədəd yerkökü
1 x/q. tomat
duz,istiot
duru yağ


Hazırlanması:

Qazanda ətlərin üstünə çıxana qədər su töküb qaynadın. Ayrı bir tavada yağda soğanı qovurun.Üzərinə uzunsov doğradığınız yerkökünü,bibəri toküb qovurun. Sonda tomatı da əlavə edib bir az qovurub ocağı qapatın. Kartofları soyub iri-iri doğrayın. Bişən ətləri süzüb sümüklərini təmizləyin. Çıxmayan sümüklər qalsın. Tavada qovurduğunuz soğanlı qarışımı ətin üzərinə əlavə edin.Kartofları və soyduğunuz sarımsaqları da iri-iri qazana tökün. Duzunu, istiotunu (arzuya görə quru nanə) tökün.Təxminən 15-20 dəqiqə kartofu bişənə qədər vam odda bişirin. NUŞ OLSUN.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani