Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Südlü Balqabaqlı Şirniyyat Resepti, Südlü Balqabaqlı Şirniyyat Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Südlü Balqabaqlı Şirniyyat

Son yenilənmə tarixi 29/12/2023 by Leyla Xanım

sudlubalqabaqlisirniyyat

Rəna xanım – Reseptler.com

reklam



Ərzaqlar:

Alt təbəqəsi üçün:
2 paket yulaflı peçenye
3 x/q. kərəyağı

Orta təbəqəsi üçün:
1 litr süd
1 su stəkanı şəkər tozu
1 su stəkanı mannı krupa
1 paket vanilya
3 x/q. kakos

Üzəri üçün:
1 kq. balqabaq
2 su stəkanı şəkər tozu
Zövqə görə artırıb azalda bilərsiniz.


Hazırlanması:

Balqabaqları soyub yuduqdan sonra xırda xırda doğrayıb qazana tökün. Ağzını örtüb 30-40 dəqiqə saxlayın.Sonra vam odda bişirib püre halinə gətirin.( Lazım gəlsə çox az su da əlavə edə bilərsiniz.

2 paket peçenyeləri un halına gətirib üzərinə əritdiyiniz kərəyağını töküb xəmir kimi yoğurub şirniyyatı hazırlayacağınız qabın dibinə yayaraq yerləşdirin.
Ayrı bir qazanda orta təbəqəsini hazırlamaq üçün südü, şəkər tozunu,kakosu, vanilyanı və mannı krupanı
töküb qarışdıraq bişirin. Qatılaşan bu qarışımı soyumuş peçenyəli qarışımın üzərinə tökün.

Soyuyan bu qarışımın üzərinə də şəkildə gördüyünüz kimi hazırlayıb püre halında olan balqabaqlı qarışımı yayın.
Soyuducuda 1 gecə saxlayın. Dilimləyərək nimçələrə düzün.
Üzərini istədiyiniz kimi qırılmış qoz, fındıq, kakosla bəzəyə bilərsiniz. NUŞ OLSUN.
QEYD: Balqabağın faydaları saymaqla bitməz. Balqabaq sevməyənlər, yeməyənlər üçün gözəl bir resept olacaqdır.

sudlubalqabaqlisirniyyat2


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani